Ağstafada minik maşını qoyun sürüsünə çırpıldı – 20 BAŞ XIRDABUYNUZLU TƏLƏF OLDU
Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırılı kəndinin ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını Arif Abbasova məxsus qoyun sürüsünə çırpılıb. Nəticədə 20 yaxın qoyun tələf olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV