Ağstafada polis əməkdaşları vətəndaşlara tibbi maska paylayıb

Narıncı zonaya daxil edilməyən rayonlarda da koronavirusla mübarizə tədbirləri davam etdirilir.

APA TV-nin yerli bürosunun məlumatına görə, Ağstafa rayon polis şöbəsinin əməkdaşları xidməti ərazilərində ictimai nəqliyyat vasitəsinin sürücülərini və sərnişinlər arasında maarifləndirmə işləri aparıb.

Polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı ərazilərdə də maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah edib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğunu vətəndaşların diqqətinə çatdırıb. Eyni zamanda vətəndaşlara tibbi maskalar paylayıblar.

Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə bu kimi tədbirlər rayonun bütün kənd və qəsəbələrində davam etdirilir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv