Ağstafada sahibsiz it kənd sakinlərinə hücum edib

Ağstafada sahibsiz it kənd sakinlərinə hücum edib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, Qırılı kənd sakinləri Elnur Yusifov və Həsən Hüseynov kənddəki sahibsiz itin hücumuna məruz qalıblar.

 

Dördayaqlı Elnurun hər iki qollarını və qarın nahiyəsini, Həsənin isə ayağını ağır yaralayıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.

 

Müəllif | Apa.Tv
Apa.tv