Ağstafada yolu keçən piyadanı maşın vurdu
Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 26 yaşlı Ağstafa rayon sakini, Samir Cəlilovu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan yaralı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV