Ağstafada yük maşını ilə minik avtomobili toqquşub - ÖLƏN VƏ YARALANANLAR VAR

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə   Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza zamanı "Mercedes" sürücüsü Ağstafa rayonun sakini 1978 ci il təvəllüdlü  Quliyev Samir Yusif oğlu hadisə yerində dünyasını dəyişib. 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə DYP və FHN-in əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv