Ağsu aşırımında meşə yanır - İKİ HELİKOPTER CƏLB OLUNUB

Ağsu rayonu ərazisində yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu dolaylarındakı meşə ərazisində davam edən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda Ağsu aşırımının 3 ayrı-ayrı hissəsində yanğın ocağı var.

Hava küləkli olduğu üçün alov qısa vaxtda geniş ərazini əhatə edib. Hektarlarla meşə ərazisində ağac, quru ot və kol-kos yanıb. Hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışır.

Yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv