Ağsu aşırımında yük maşını aşdı: 1 ölü, 1 yaralı
Ağsu rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə noyabrın 19-da gündüz saatlarında qeydə alınıb.
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində yük maşını aşıb.
Asfalt zavoduna məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Abşeron rayon Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tahir Kamil oğlu Rüstəmov və Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Rasim Rüstəm oğlu Abdullayev ağır xəsarət alıb.
Yaralılar Ağsu Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Tahir Rüstəmov xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.