Ağsuda ferdi yaşayış evi yandı
Ağsuda yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə rayonun Padar kəndində qeydə alınıb.
Ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.