Ağsuda karantin qaydalarını pozan kafe aşkarlandı

Ağsu rayonunun Növcü kəndinin ərazisində yerləşən kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkarlanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

 

Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 nəfər  müştəri polis şöbəsinə dəvət olunub. Şöbədə onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv