Ağsuda karantin qaydalarını pozan kafe sahibi və 17 nəfər müştəri cərimələndi
Ağsuda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkarlanıb.
APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Gözəl Ağsu” adlı kafenin qanunsuz olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı orada olan icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib. 17 müştəri barəsində protokol tərtib olunub.
Kafeni işlədən Heyran Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Şahnəzər Bəşirov,
APA TV