Ağsuda nəzarətsiz qalan azyaşlını maşın vurdu
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cəlayır kəndində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən qaçaraq qəfil yola çıxan 2015-ci il təvəllüdlü Gülər Əsədovanı vurub.
Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, uşağın anası yol kənarındakı əkin sahəsində çalışarkən nəzarətsiz qalan azyaşlı yola çıxıb və hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.