Ahıska türklərinin milli yeməyi - MANTI VƏ TUTMAC ŞORBASI

Bu dəfə isə sizə Axısqa türklərinin milli yeməyi –mantı və tutmac şorbasının hazırlanması ilə sizi tanış edəcəyik.

APA TV xəbər verir ki, bunun üçün yolumuzu Sabirabad rayonunun Əhmədabad kəndindən salırıq. Axısqa türklərinin kompakt  yaşadığı bu kəndin özünəməxsus adət və ənənələri, milli mətbəxi var. Son yüz ildə Axısqa türkləri yaşadıqları vətənlərindən dəfələrlə məcburən köçürmələrə məruz qalsalar da onlar Azərbaycanda öz vətənlərini tapa biliblər. Həm də adət və ənənələrini, milli mətbəxlərini yaşadıblar.  Biz də onların mətbəx nümunələri ilə tanış olmaq üçün Şahbazovlar ailəsinin qonağı olduq. Ailənin xanımı Güldənə Şahbazova və yaxın qohumu Nargül Şahbazova mantı və tutmac şorbasını hazırlanma qaydalarını bizimlə bölüşəcək.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv