Aİ-95 benzini yenidən bahalaşdı

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.

 

"SOCAR Petroleum" şirkətindən APA TV-yə verilən məlumata görə, Aİ-95 markalı yanacaq 10 qəpik bahalaşaraq 1 manat 20 qəpik olub.

 

"Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", - deyə şirkətdən qeyd ediblər.

 

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1 manat 20 qəpikdən 1 manat 10 qəpiyə endirilmişdi.

 

Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

 

Müəllif | Apa.Tv
Apa.tv