“Aİ-95” benzininin qiymətində dəyişiklik edilib - VİDEO

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.

APA xəbər verir ki, “Aİ-95” premium markalı benzinin 1 litri üçün yeni satış qiyməti 2 manatdır.

Xatırladaq ki, buna qədər yanacağın bu növünün 1 litrinin qiyməti 1,6 manat idi.

Müəllif | Apa.Tv
Apa.tv