AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi

Kiyev yaxınlığındakı Buçada Rusiya hərbçiləri Aleksandr Çikmarevin həyat yoldaşını və uşaqlarını onun gözü qarşısında güllələyiblər. 

 

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, kişi möcüzə nəticəsində sağ qalıb.

 

“Saat 6-da dostlarla və qardaşımla Buçadan ayrılmaq üçün toplandıq. Evdən çıxdıq, qarşımızda piyada döyüş maşını dayandı. Və dərhal atəş başladı. Uşaqlarım və həyat yoldaşım yerindəcə öldü. Oğlanlarımdan birinin 10, digərinin 5 yaşı vardı. Avtomobilim alışdı, mən də yaralandım. Maşından sürünərək yola çıxdım. Bir ağacın arxasında gizləndim”, - deyə Aleksandr bildirib.

 

Onun sözlərinə görə, Rusiya hərbçilərinin edam üçün heç bir aşkar səbəbləri olmayıb. Ailənin getdiyini görüblər.

 

Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından bu günə qədər ölkədə 1 892 dinc sakin həlak olub, 2 558 nəfər yaralanıb. Bu barədə BMT-nin məlumatında qeyd olunub. Ölənlər arasında 953 böyük və 71 uşağın şəxsiyyəti hələ müəyyənləşməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv