Ailənin 4 üzvü dəm qazından zəhərləndi - ANA ÖLDÜ

 

Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

APA TV-nin qərb bürosunun məlumatına görə, fakt şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Şirin Qasımov və həyat yoldaşı, 1988-ci il təvəllüdlü Jalə Rizvan qızı Qasımova, ailənin övladları - 7 yaşlı Nigar Qasımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərlənib. Təcili yardım gələnə qədər 31 yaşlı qadın keçinib, digərləri isə xəstəxanaya yerləşdirilib.

Xəstələrin vəziyyəti hazırda normal qiymətləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv