Akar: “Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir”
“29 il əvvəl bu gün Xocalıda azərbaycanlı qardaşlarımızın vəhşicəsinə qətlə yetirilməsini unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik”.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”, - deyə Türkiyənin milli müdafiə naziri qeyd edib.
O bildirib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.