Akif Çovdarovla bağlı 13 milyonluq qərar
Keçmiş MTN generalı Akif Çovdarovun müsadirə istənilən əmlakları ilə bağlı protest təmin edilib.
Bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
İclasda Akif Çovdarovun yaxınlarına məxsus 13 milyon 342 min manatlıq əmlakın müsadirəsi ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş protestə baxılıb.
Məhkəmə əmlakların cinayət vasitəsilə əldə edilmiş pullarla alındığı qənaətinə gəlib. Bu əsasla protest təmin edilib.