Akif Qurbanov, Ələsgər Məmmədli və Xədicə İsmayıl qrantları belə xərcləyiblər – APA TV
https://apa.az/siyasi/toplum-tv-nin-qrant-qacaqmalciliginda-istirakini-tesdiqleyen-yeni-detallar-uze-cixib-arasdirma-830120
Cinayət məsuliyyətinə cəlb edilmiş “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli, "III Respublika" Plat¬for¬ma¬sının qurucu heyət üzvü Ruslan İzzətli və onlarla birlikdə saxlanılanların işi üzrə yeni faktlar aşkarlanıb. Apa.az saytında dərc olunan araşdırmaya görə, əldə olunan sənədlər bu şəxslərin qrant qaçaqmalçılığında iştirakı üzrə şübhələri təsdiqləyib. Qeyd olunub ki, həmin şəxslər Avropa və ABŞ bankları vasitəsilə xarici “donorlardan” əldə etdikləri qrantları Azərbaycana daxil ediblər. Bildirilib ki, Ələsgər Məmmədlinin Ac¬cess Bankdakı hesabına başqa bir ölkədən hissə-hissə, ümumilikdə 71 min avro daxil olub. “Toplum TV”-nin redaktoru, şəbəkə üzvləri ilə birgə saxlanılmış Müşfiq Cabbarov isə xaricdən gələn 15 900 avro məbləğində vəsaiti “Bank Melli İran”ın Azərbaycandakı filialında və “Premium Bank”da nağdlaşdırıb. Bəlli olub ki, hissələrə bölünərək verilən bu vəsaitlər yekunda böyük məbləğlərə çevrilib. Məsələn, Demokratik Təşəbbüslər İnstitutu ilə “Toplum TV”-nin müştərək ofislərindəki işçilərə “əməkhaqqı” ödənişləri və ofis avadanlıqlarının alınması üçün 2020-2023-cü illərdə 715 min manat vəsait ayrılıb. İlkin mərhələdə 246 min manat məbləğində birdəfəlik vəsait verilib. Bu vəsaitlər hissələrə bölünərək alındığı üçün diqqət çəkməyib. Həmin vəsaitin ölkəyə gətirildiyini təsdiqləyən sənədlər indi istintaq qurumlarının əlindədir. Beynəlxalq səviyyəli anti-Azərbaycan şəbəkənin yerli QHT və KİV sektorunda təmsilçiləri funksiyasını yerinə yetirən bu təşkilatların hamısının koordinatorları təqribən eyni şəxslərdir. Akif Qurbanov, Ələsgər Məmmədli, Xədicə İsmayıl, Ülvi Həsənli, Leyla Mustafayeva, Arzu Qeybulla və başqaları yerli platformaların koordinatorları kimi görünürlər. Yerli icraçı təşkilatlara ötürülən qanunsuz “qrant” vəsaitləri bu şəxslərin iştirakı ilə bölüşdürülür. Gələn vəsait onların özləri və “şirkətlərində çalışan ailə üzvləri” tərəfindən mənimsənilir. Bu baxımdan, verilən sifarişlər milli maraqlara zidd olsa belə, canla-başla icra edilir. “Toplum TV”, “AbzasMedia”, “Fakt Yoxla” redaksiyasının, həmçinin, “Demokratik Təşəbbüslər İnstitutu”nun, “III Respublika Platforması”nın yeganə qüsuru qrant üzrə qanunvericiliyi pozmalarında, qrant vəsaitlərini qeydiyyatdan yayındırmalarında, nəhayət, bu vəsaitləri mənimsəmələrində deyil. Onların icra etdikləri “qrant layihələri”nin məzmunu da çirklidir. Hədəfləri anti-milli ovqatlıdır. Daha ətraflı “APA analitik qrup”un hazırladığı materialda tanış ola bilərsiniz.