Alban-Udi xristian icmasının üzvləri Xocavəndə səfər edib
Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədini ziyarət ediblər.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, icma üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində də olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.
İcmanın sədr Robert Mobili açıqlamasında bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir:
Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.
Habil Aslanoğlu, Ziya İsmayıloğlu, APA TV