Albert Aqarunovun vurduğu tank Qənimətlər Parkına gətirilib
Qeyd edək ki, 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankının komandiri Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artillerist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilirlər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankını bərpa edib, onu tünd-yaşıl rəngə boyayıb, 442 nömrəsini ağ rənglə gövdəsində yazıbvə təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar. Hərbi Qənimətlər Parkında tarixi anlara şahidlik edən böyüklərlə yanaşı, kiçiklərin də həyəcanları üzlərindən oxunurdu. Onu da qeyd edək ki, ermənilər tərəfindən başına 5 milyon rubl mükafat qoyulan Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APA TV