“Albert Rıjiy” ləqəbli avtoritet Əli Heydərov Moskvada qətlə yetirilib - HADİSƏ ANI
Azərbaycanlı “qanuni oğru” Əli Heydərov Moskvada qətlə yetirilib.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, “Albert Rıjiy” ləqəbi ilə tanınan kriminal avtoriteti fitnes mərkəzində güllələyiblər.
Killer Əli Heydərovun kürək nahiyəsindən atəş açıb.
Hadisə bu gün saat 13 radələrində baş verib. Muzdlu qatil zala girərək onu kürəyindən vurub.