Aleksey Navalnı komadadır, vəziyyəti ağırdır

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin məlumatına görə, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.

 

Mətbuat katibinin sözlərinə görə, Aleksey Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

 

Kira Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib. Hazırda bloger Aleksey Navalnının komada olduğu bildirilir.

 

 “Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, - deyə mətbuat katibi qeyd edib.

 

O vurğulayıb ki, Aleksey Navalnı səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib. 

 

Müəllif | Apa.Tv
Apa.tv