Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusdan öldü

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.

 

APA TV-nin məlumatına görə, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

 

Ali Məhkəmədən APA-ya faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.

 

Müəllif | Apa.Tv
Apa.tv