Ali məktəb və kollec müəllimlərinin kafedralara toplaşması məhdudlaşdırılır

Təhsil müəssisələrinə giriş və çıxış üzrə tələblər dəyişib.


APA TV-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.


Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında minimum 1 metr sosial məsafə təmin olunmalı və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməli, müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1 metr) gözlənilməlidir.

 

Qərara əsasən, təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə biləcək.

 

Baş naziri Əli Əsədovun bu gün imzaladığı qərarda Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməsi də öz əskini tapıb.

 

Qərara əsasən, müəllimlərin eyni zamanda, müəllim otağına toplaşması məhdudlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv