Ali Rada Belarus qoşunlarının Çerniqova daxil olduğunu açıqladı

Belarus qoşunları Çerniqova daxil olub.

 

APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının “Twitter” hesabında bildirilib.

 

“Unian.net” saytının xəbərinə görə isə, Ukraynanın Xüsusi Kommunikasiya və İnformasiya Mühafizəsi Dövlət Xidməti bu barədə məlumatın Ukrayna müdafiə qüvvələrinin regional departamentinin nümayəndəsi Vitali Kirillov tərəfindən təsdiqləndiyini bildirib.

 

“Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov rayonuna daxil olub”, - deyə məlumatda qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv