Allahşükür Paşazadə: “İmam Hüseyn əleyhissalam bundan narazı qalardı”
Bu il Məhərrəm ayının onuncu günü - yəni Aşura iyulun 28-nə təsadüf edib. Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə məscidlərdə, ziyarətgahlarda, regionlarda və Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilib. Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva qanvermə aksiyası ilə bağlı Apa tv-ə danışıb. Qeyd edək ki, Allahşükür Paşazadə, dini konfessiya rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev “Təzəpir” məscidində qan veriblər. Şeyxülislam Allahşükür Paşazadə Aşura günü qanvermə aksiyasının önəmindən danışıb. Qeyd edək ki, tədarük olunan qan talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APA TV