Almaniya XİN: Qarabağ Azərbaycan ərazisidir – APA TV

“Açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir”. Bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O, qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib.

“Avropa formatında müzakirə regiona uzunmüddətli sülh gətirə bilər” deyən xanım nazir Almaniyanın Azərbaycana minatəmizləmə layihəsi təqdim etdiyini vurğulayıb. “İşğaldan azad olunmuş ərazilərin minalanması ciddi təhdiddir” bu fikri isə Azərbycan xarici işlər naziri Ceyhun Bayramov səsləndrib.

Nazir bildirib ki, mülki sakinlərin minaya düşməsi davam edir. Ceyhun Bayramov qeyd edib ki, bu məsələ son 3 il ərzində dəfələrlə gündəmə gətirilsə də, Ermənistana bəynəlxalq səviyyədə lazımi çağırışlar edilməyib. Ceyhun Bayramov həmçinin Azərbaycanın hər zaman Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində görüşlərin keçirilməsini dəstəklədiyini diqqətə çatdırıb. Almaniya XİN başçısı mətbuat konfransında Şuşa və Xankəndi ilə bərabər "Şuşi"və "Stepanakert" adlarını işlədib. Ceyhun Bayramovun buna təpkisi sərt olub. Görüşdə Azərbaycan-Almaniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

AYNUR QARA

APA TV

Müəllif | Apa.Tv
Apa.tv