Almaniyanın hərbi gücü “Arrow 3” ilə artırılır
ABŞ İsraildən Almaniyaya “Arrow 3” hava hücumundan müdafiə (HHM) sisteminin tədarükünə razılıq verib. APA “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat İsrailin Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. Nazirlik qeyd edib ki, öhdəlik məktubu imzalandıqdan sonra İsrail və Almaniya müdafiə nazirlikləri sazişin detalları üzərində işi başa çatdıracaqlar. Qeyd edək ki, İsrail “Arrow 3” HHM sistemini ABŞ-la birgə işləyib hazırlayıb və birlikdə istehsal olunub, ona görə də onun ixracı üçün ABŞ hökumətinin razılığı alınmalıdır