Alov çardaqdan başladı, bütün evi bürüdü
Zaqatalada 4 otaqlı fərdi yaşayış evi yanıb.
Yanğın hadisəsi gecə saatlarında rayonun Muxax kəndində, kənd sakini İntiqam Novruz oğlu Əliyevə məxsus, ümumi sahəsi 110 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları içərisindəki ev əşlaları ilə birlikdə, digər 30 kv/m-lik otağın isə 15 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Ev sahibinin sözlərinə görə, yanğın evin çardaq hissəsindən başlayıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.