Altı nəfərin öldüyü qəzaya görə TIR sürücüsü saxlanıldı
Dekabrın 15-də səhər saatlarında Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb. Bu barədə DİN-in Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Qeyd edək ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Mercedes Vito” markalı mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 6 nəfər: 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev və 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu həlak olub.Qəzada TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu xəsarət alıb.