AMEA tüstüləyir – Kimdir günahkar, Yasamal RİH, yoxsa ETSN? – APA TV

Bəli, kabab iyinə gəlmişik. Daha dəqiq desək, bizi bura sosial şəbəkələrdə yayılan görüntü gətirib çıxarıb.

Əslində belə baxanda lülə sanballı, hörmətli,izzətli yeməkdir. Əbəs yerə dünyanın ən dadlı 50 xörəyindən biri seçilməyib ki... Amma bu dəfə sanbalına quzu kəsdiyimin qoxusu yerinə düşməyib. Parkın ortasında, nazirliklərin, ali məktəblərin və ictimai iaşə obyektlərinin yerləşdiyi ərazidə özü də səyyar şəkildə 2 aydır fəaliyyətə başlayıblar. Kababçı da türklər demiş “işinden pek memnun” görünür.

Deməyə söz tapmırıq. Mövzu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. “Bir dəqiqə gözləyin, cavab veriləcək” cavabı ilə bir günlük intizar yaşatdılar. Sonunda isə icra hakimiyyətinin nümayndəsi Samir Məmmədov qabardılan problemin onların səlahiyyəti xaricində olduğunu dedi.

Qurum əməkdaşının adını halalandırdığı AQTA və Ekologiya və Təbii sərvətlər nazirliyi ilə əlaqə saxladıq. AQTA-dan da sorğumuza cavab olaraq bildirildi ki, istər qida olsun, istərsə də qeyri-qida məhsullarının küçədə satılmasına yerli icra strukturları nəzarət edir. Bununla bağlı xahiş edirik ki, aidiyyəti üzrə müraciət edəsiniz. Ekologiya və təbii sərvətlər nazirliyinin Dövlət ekoloji təhlükəsizlik xidmətindən isə bildirildi ki, səyyar kababaxana ilə bağlı məsələ nəzarətə götürüldü, sözügedən ərazidə monitorinq keçiriləcək, havadan nümunələr götürülərək, araşdırılacaq. Havaya normadan artlq tullantı atılırsa, müvafiq tədbir görüləcək.

Müəllif | Apa.Tv
Apa.tv