AMEA-ya kim rəhbərlik edəcək? - NAMİZƏD AÇIQLANDI

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, Ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcək.

 

AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun namizəd olması ehtimal edilir.

 

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

 

Xatırladaq ki, bu barədə xəbəri ilk olaraq Vesti.az saytı yazıb.

 

Müəllif | Apa.Tv
Apa.tv