Amerika Yəhudi Komitəsinin üzvləri Bakıdadır

 

“Amerika Yəhudi Komitəsi Azərbaycan həqiqətlə¬rinin dünyaya çatdırılmasında yaxından iştirak edir”.

APA TV-nin məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Amerika Yəhudi Komitə¬sinin müxtəlif yəhudi diaspor təşkilatlarını təmsil edən nümayəndə heyəti ilə görüşdə bildirib

Qonaqlara Azərbaycanın diaspor siyasəti, Komitənin gördüyü işlər, müxtəlif diaspor təşkilatları, icmalarla qurulan əlaqələr, eyni zamanda Ermənistanın Azərbaycan torpaq¬larını işğal etməsi, erməni lobbisinin və ermənipərəst qüvvələrin dünyanın hər yerində, o cümlədən ABŞ-da vaxtaşırı təxribat xarakterli əməllər törətməsi barədə ətraflı məlumat verilib.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Amerika Yəhudi Komitəsinin üzvləri Azərbaycana səfərlərindən məmnun olduqlarını qeyd edib və Amerika Yəhudi Komitəsi¬nin ölkəmizlə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıblar.

Görüşdə həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti oktyabrın 28-dən Bakıda səfərdədir və səfər çərçivəsində bir sıra rəsmi görüşlərdə iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv