21:00 23 noyabr 2021 301
Ana səhifə Xəbərlər

Ana azyaşlı övladını niyə küçədə yatmağa məcbur edir? - TƏFƏRRÜATLAR

Tovuzda gecə saatlarında bir qadın və azyaşlının küçədə çəkilən görüntüləri müzakirələrə səbəb olub. İlkin məlumata görə, şəkildəkilər ana və övladdıdır. Qadının əqli problemləri olduğu, buna görə də uşağı küçədə gecələməyə məcbur etdiyi iddia edilir. APA TV-nin əməkdaşları Tovuzda hadisənin baş verdiyi binada çəkiliş edib. 

Aybəniz Qasımova deyilənlərin yalan olduğunu bildirir. Onunla söhbət edən zaman göz yaşlarını saxlaya bilmədi. Aybəniz Qasımova bildirdi ki, küçələrdə qidalanır.  Hətta elə olub ki, övladını  görənlər  pul da  veriblər. Amma onların küçədə qalması doğru deyil.

Sözü gedən binanın qarşısında qonşuların fikrini öyrəndik. Qonşular isə binada yaşayan  37 yaşlı bu qadının haqqında yayılan xəbərlər və fotoşəkillə bağlı bir-birinə zidd fikirlər səsləndirdi. Bəzi qonşular bunun yalan olduğunu deyir.

Digər qonşular isə faktı təsdiqləyir. Onların sözlərinə görə, qadının özü və azyaşlı övladı dəfələrlə gecəni küçədə keçiriblər. Bununla bağlı qonşular adiyyatı orqanlara bir neçə dəfə məlumat verib. Rayon sakini Nəsimi Ələsgərov isə APA TV yə bildirdi ki, həmin  qadının azyaşlı övladı gecə saatlarında qonşuların qapısını döyür. Onun anasına isə heç nə demək mümkün deyil.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Polis baş leytenantı Eşqin Qasımovun mövqeyini öyrəndik.

37 yaşlı qadın polis şöbəsinə dəvət edilib. Onunla profilaktik söhbətlər aparılıb. Hazırda Tovuz rayon polis şöbəsinə araşdırma davam edir.

Aybəniz Qasımovanın yaxınlarının bildirdiyinə görə, o artıq Qazax Psixiatriya Xəstəxanasına yerləşdirilib. Uşaq isə ana nənəsinin himayəsinə verilib.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov , APA TV, Tovuz

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın