Ana olmağa hazırlaşan 18 yaşlı gəlin öldü - İSMAYILLIDA FACİƏ
İsmayıllıda 18 yaşlı hamilə gəlin ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, fakt Talış kəndində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızının hamamda halı pisləşib və yıxılıb. O, huşsuz vəziyyətdə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Ölümün dəqiq səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, bu il ailə həyatı quran N.İbrahimova hamiləliyinin 8-ci ayını yaşayıb.
Faktla bağlı araşdırma aparılır.