Ana və azyaşlı oğlunu maşın vurdu - GƏNCƏDƏ
Gəncədə ana və onun azyaşlı oğlunu maşın vurub
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud prospektində qeydə alınıb.
Belə ki, Əli Abbasov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Zəminə Rəfiyeva və onun övladı 2012-ci il təvəllüdlü Muradı vurub. Qadın Gəncə şəhər Təcilli Tibb Yardım Xəstəxanasının travmatologiya şöbəsinə, onun azyaşlı övladı 2 nömrəli Uşaq xəstəxanasına yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.