Ana və oğlu dəm qazından boğuldular - MAŞTAĞADA FACİƏ

 

Bakıda dəm qazı bir ailənin iki üzvünün həyatına son qoyub.

APA TV-nin məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv