ANAMA əməkdaşlarının düşmənin basdırdığı tələ minalara düşdüyü məlum olub

İşğaldan azad edilmiş torpaqlarda minalardan təmizlənmiş ərazilərin sahəsi açıqlanıb.

 

APA TV xəbər verir ki, bunu ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib ki, bu günə kimi işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli şirkət tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 60 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib.

 

Onun sözlərinə görə, təmizləmə zamanı təxminən 65 minə yaxın mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

 

İdris İsmayılov həmçinin bildirib ki, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 225 nəfər minaların qurbanı olub.

 

O, bu yaxınlarda ANAMA əməkdaşlarının Cəbrayılda minaya düşdüklərini də xatırladıb:

 

Xatırladaq ki, bir müddət əvvəl Cəbrayılda mina partlaması nəticəsində ANAMA-nın bir neçə əməkdaşı xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv