ANAMA: Ermənilər Goranboya qadağan olunmuş mərmilər atıb

Ötən gün Goranboya  düşmən tərəfindən atılmış 1 ədəd  smes Tipli raket aşkarlanıb.

Raket yaşayış məntəqəsindən uzaqda olan fermerin təsərrüfatına düşüb. Xoşbəxtlikdən ərazidə insan olmadığından ölən və xəsarət alan olmayıb. Ermənilərin Goranboya atdığı bombacıqlar qadağan olunmuş sursatlar sinfinə daxildir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA TV-yə verilən məlumata görə, 2020-ci il 04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub. Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilib: “Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib”.

Müəllif | Apa.Tv
Apa.tv