ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

Minatəmizləmə Agentliyinin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

 

Bu barədə APA TV-yə ANAMA-dan bildirilib.

 

“Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”, - qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv