ANAMA: Şuşada qalıqları aşkarlanan "İsgəndər-M" raketidir

"Agentlik tərəfindən Şuşada aparılan  təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu". 

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

 

O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində  9M723 indeks kodu  yoxlanılıb: "Bu zaman məlum olub ki, bu, "İsgəndər" raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan  araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki,  bu "İsgəndər-M" raketidir".

 

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında  ilkin tədqiqatlar keçirilməkdədir.

 

Müəllif | Apa.Tv
Apa.tv