Anar Kərimov: “Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

"Canəli Əkbərov Azərbaycan ictimaiyyətinə, Azərbaycan mədəniyyətinə və Azərbaycanın dünyada tanıdılmasına böyük töhfələr vermiş şəxsiyyətdir” APA TV- nin məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Xalq artisti Canəli Əkbərovun dəfn mərasimində deyib. O bildirib ki, Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir: "O, muğam sənətinin inkişafına böyük töhfələr vermiş bir şəxsiyyətdir. Dövlət tərəfindən Canəli Əkbərovun fəaliyyəti daim yüksək qiymətləndirilib, müxtəlif mükafatlara laureatları layiq görülüb. Bu gün onun davamçıları var. Onun tələbələri bu mirası ondan sonra da yaşatmalıdırlar. Canəli Əkbərovun qoyduğu miras bundan sonra da yaşayacaq. O, mədəniyyətimizdə unudulmaz izlər qoyub. Bu gün bura toplaşan yaxınlarına, ailə üzvlərinə, bir sözlə bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”. Qeyd edək ki, xalq artisti Canəli Əkbərov II Fəxri Xiyabanda dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv