Anasını baltalayaraq qətlə yetirən şəxs axtarılır

Xaçmazda 6 gün əvvəl anasını balta ilə qətlə yetirən şəxs axtarılır.

 

DİN-dən APA TV-yə verilən məlumata görə, yanvarın 13-də anasını qətlə yetirərək hadisə yerini tərk edən Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanovun saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd olunub ki, Ramiz Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

 

Xatırladaq ki, yanvarın 13-də Xaçmazın Əzizli kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanovaya oğlu tərəfindən balta ilə müxtəlif bədən xəsarətləri yetirilib. Qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Sultanova bir gün sonra Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

 

Müəllif | Apa.Tv
Apa.tv