Anasını və yanındakı kişini bıçaqladı - Hövsanda dəhşətli anlar - HADİSƏ YERİNDƏ

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində baş verib. İlkin məlumata görə, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Aynurə Kazımova yaşadığı evdə sevgilisi, 1989-cu il təvəllüdlü Ramil Hüseynovla görüşüb. Həmin vaxt evə gələn Aynurə Kazımovanın oğlu Aqşin Kazımov əvvəlcə Ramil Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub, daha sonra anasının sağrı nahiyyəsinə bıçaq xəsarəti yetirib. Aqşin bundan sonra Təcili Tibbi Yardıma zəng edib və hadisə yerindən uzaqlaşıb. Vəziyyətlə bağlı hadisə yerinə getdik. Xəsarət alan Aynurə Kazımova ilə telefon əlaqəsi saxladıq. Ancaq çəkiliş edilməsini istəmədiyini və oğlundan şikayətçi olmadığını bildirdi. Zərərəçəkmişin bacısı İlhamə Əbilovanın sözlərinə görə isə hadisə Hövsanda yerləşən bir kafenin arxa küçəsində baş verib. Sabunçu Tibb Mərkəzindən isə bildirdilər ki, Aynurə Kazımova həkim yardımı göstərildikdən sonra evə buraxılıb. Digər zərərəçəkmiş Ramil Hüseynovun vəziyyəti isə stabildir. Hazırda Aqşin Kazımovun axtarışı davam etdirilir. AYNUR QARA HƏZRƏT BAYRAMLI APA TV

Müəllif | Apa.Tv
Apa.tv