Anbar yox, gübrə baha, məhsuldarlıq aşağı - Fermerlərin işi qəlizləşdi

 

Kənd təsərrüfatına dövlət dəstəyinin verilməsi, o cümlədən bu sahənin subsidiyalaşdırılması praktikası hazırda qlobal kənd təsərrüfatı sisteminin həlledici elementinə çevrilib.Bunu danmaq olmaz. Amma Rusiya Ukrayna müharibəsi dövründə ölkəmizə idxal edilən bir neçə məsulun qiymətində artımın müşahidə edilməsi də göz önündədir. Elə götürək taxılı. Ukraynada taxıl zəmiləri dağıldı, Rusiyaya sanksiyalar tətbiq edildi. Bütün bunların fonunda buğdanın qiymətinin 0.60 qəpik olması zərurəti yarandı. Amma qardaş Türkiyənin diplomatik cəhdləri sayəsində Rusiyanın taxıl sazişinə qayıtmasından sonra kəskin şəkildə bahalaşan buğdanın qiyməti 8 faizdən çox aşağı düşdü. Bu fermerlərə sərf etmədi. Onlar məhsulun maya dəyərinin qiymətindən çox olduğunu deyirlər. Fermer deyir ki, qiymətin kəskin ucuzlaşması xüsusilə anbarı olmayanların işini çətinləşdirir. Aramsız yağan yağışlar taxıl zəmilərinə xeyli sayda ziyan vurub. Elə buna görə də fermerlər hesab edirlər ki, məhsuldarlıq aşağı olduğundan qiymətlərin artma ehtimalı var. Ekspertlərin firkincə, taxıl əkini ilə məşğul olanların ziyana işləmə səbəbi əvvəlcədən verilən proqnozların dəqiq olmamasıdır. İstehsalçıların böyük əklsəriyyətinin maddi-texniki bazası məhsulu qeyri-mövsümu dövrdə bazara təşviq etmək imkanı vermir. Elə buna görə də bəzi iqtisadçı ekspertlər hesab edirlər ki, ölkəmizdə sövdələşmə institutunu inkişaf etdirməklə, fermerlərin mövsüm dövründəki satışını daha optimal qiymətə təmin etmək olar. Məsələ ilə bağlı Kənd təsərrüfatı nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən sorğumuza şifahi olaraq yalnız bu cavabı ala bildik: Bax belə. Görülən kəndə bələdçi lazım deyil. Görünür, yaranmış vəziyyətə görə yaxasını kənara çəkən qurumları fermerlərin üzləşdiyi problemlər maraqlandırmır. Ərzaq var, amma bişirib qonaq qarşısına çıxarmağa adam yoxdursa, nə etməli? Qeyd edək ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur. Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb. Aytən Sakitqızı, Əlibəy Zeynallı - APA TV

Müəllif | Apa.Tv
Apa.tv