Anım yürüşünün anlamı: Dünya bizdən nəyi öyrəndi?

”27 Sentyabr Anım Günündə şəhidlərimizin şəkillərinin yürüş iştirakçıları tərəfindən daşınması, Azərbaycan xalqının necə böyük bir xalq olduğunu göstərdi və bu, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərkən canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük bir ehtiramdır”.

 

APA TV xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda şəhidlərin xatirəsinə həsr edilən yürüş barədə danışarkən deyib: “Ali Baş Komandan bütövlükdə əsgər və zabitlərimizlə hər zaman öndə getdiyini, onlarla bir olduğunu və bununla yanaşı, şəhid olmuş əsgər və zabitlərimizin, o cümlədən mülki şəxslərin şəkillərini daşımaqla, bütövlükdə Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş və şəhidlik zirvəsinə ucalmış azərbaycanlıların Prezident tərəfindən onların ruhuna nə qədər həssas yanaşılmasını göstərir”.

 

Cavid Osmanovun sözlərinə görə, 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.

 

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə deyir ki, qazanılmış qələbə bir daha sübut etdi ki, Azərbaycan bu regionda söz sahibidir və belə olacaq. Ermənilər elə hesab edirdi ki, Qarabağla birgə digər torpaqlarımızı da işğal edəcəklər. Lakin 44 günlük müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı qarşısında heç bir düşmən dayana bilməz: ”Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan xalqı “yenilməz xalqdır”, bu olduqca vacibdir. Bu sözlərin arxasında əslində çox vacib məqamlar dayanır. Bu 44 günlük müharibədə xalq və dövlət birliyini sübut etdi ki, biz heç kimə icazə verməyəcəyik ki, kimsə bizim torpaqlarımıza göz diksin və işğal haqqında düşünsün”.


Zaur Məmmədovun sözlərinə görə, Ermənistan bütün dünyaya guya “Yenilməz Ermənistan ordusu” haqqında nağıllar uydururdular, bu erməni lobbisinin ən böyük uydurmalarından biri idi. Lakin Ali Baş Komandan və xalqımız dünyaya göstərdi ki, belə bir ordu yoxdur. Sadəcə olaraq yenilməz Azərbaycan xalqı var.

 


Semral Cavad

APA TV


 

 

Müəllif | Apa.Tv
Apa.tv