Ankarada “Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert proqramı keçirilib

Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədi ilə bədii proqram təşkil edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Anadolu Mədəniyyətlərin Araşdırılması və İnkişafı Dərnəyi tərəfindən təşkil edilib.

 

Ankara Opera və Balet Teatrının solisti Şənol Talınlı Azərbaycan xalq mahnılarını, tanınmış bəstəkarlarımızın məşhur bəstələrini ifa edib.

 

Solistlər Şəfiqə Kutluəri və Şənol Tanlını Ankara Opera və Balet Teatrının Azərbaycandan olan pianoçu Nailə Əhmədova, tarzən Murad Akçay, violonçel ifaçısı Sevinc Əliyeva müşayiət edib. 

 

İfaları ilə Azərbaycanın zəfərini tərənnüm etdirən musiqiçilər ankaralı tamaşaçılar tərəfindən rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

 

Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim ifaçılara təşəkkür edib.

Müəllif | Apa.Tv
Apa.tv