APA güneyli soydaşlarımız üçün "Telegram" səhifəsi yaratdı

APA informasiya agentliyi yeni “Telegram” səhifəsini istifadəyə verib.

 

“Telegram” səhifəsi əski əlifbada fəaliyyət göstərəcək.

 

Səhifənin yaradılmasında məqsəd Azərbaycanın güneyində yaşayan soydaşlarımızı ölkəmizdə və dünyada baş verən siyasi, ictimai, mədəni hadisələr barədə məlumatlandırmaq, operativ xəbərləri çatdırmaqdır.

 

APA NEWS “Telegram” səhifəsinə daxil olmaqla operativ xəbərlərlə tanış ola bilərsiniz.

Müəllif | Apa.Tv
Apa.tv