APA TV bu platformalarda yayımlanacaq

 

“APA MEDİA GROUP”a daxil olan APA Televiziyası Ailə TV, CityNet, Ultel və digər kabel televiziyaları, həmçinin İPTV platformalarında yayıma başlayıb. “Ailə TV”-nin rəqəmsal yayımında bizi tapmaq üçün 19, Ailə TV-nin İPTV platformasında isə 79-cu kanalı seçməlisiniz. “CityNet”də APA TV-yə baxmaq üçün 11-ci kanalı, “Ultel” də isə 44-cü kanalı seçməlisiniz. APA TV-nin yayım vaxtı səhər 08-00-dan gecə 02:00-yə qədər artırılıb. Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA televiziyasına platforma yayımçısı lisenziyası verilib.

Müəllif | Apa.Tv
Apa.tv